Son dövrlərdə tibb təhsili alan tələbələr və bu sahənin məzunları arasında xarici ölkələrdə rezidentura təhsili almaq məsələsi aktuallaşıb.
Yerli diplomların beynəlxalq səviyyədə tanınıb-tanınmaması, qəbul prosesi və tələb olunan şərtlər bu istiqamətdə ən çox verilən suallar sırasındadır.
AzEdu.az mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, ATU-nun tələbələri istədikləri ölkədə rezidentura təhsili ala bilərlər. Bu sərbəstdir.