AZ

Fərdi məlumatların təhlükəsizliyinin daha etibarlı qorunması üçün tədbirlər görülür

Son dövrlər müşahidə olunan kiberdələduzluq hallarının qarşının alınması, vergi ödəyicilərin fərdi və sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumatlarının təhlükəsizliyinin daha etibarlı qorunması üçün ödəyicilər şəxsi elektron kabinetlərinə yalnız gücləndirilmiş elektron imza vasitəsilə daxil ola bilirlər. Lakin inzibatçılığın sadələşdirilməsini təmin etmək məqsədilə bəzi vergi ödəyicilərinə münasibətdə istisnalar tətbiq edilir. Belə ki, hazırda yalnız muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən bir sıra vergi ödəyiciləri, o cümlədən sabit qəbzlə çalışan ofisiantlar, bərbərlər, dərzilər, çəkməçilər, məişət cihazlarının təmiri ilə məşğul olanlar, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan digər şəxslər, eləcə də ölkə ərazisində sərnişin daşımalarını həyata keçirənlər, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan faydalanan fiziki şəxslər və ailə kəndli təsərrüfatlarının başçıları elektron kabinetlərinə istifadəçi kodu, parol və şifrə vasitəsilə daxil ola biərlər. Digər vergi ödəyicilərinin elektron şəxsi kabinetlərinə daha yüksək informasiya təhlükəsizliyi imkanlarına malik gücləndirilmiş elektron imzalar, məsələn, “Sima İmza” və ya “Asan İmza” vasitəsilə daxil olması mümkündür.

Qeyd edək ki, gücləndirilmiş elektron imzalar digər identifikasiya vasitələrindən fərqli olaraq, yüksək səviyyəli təhlükəsizlik texnologiyaları və PİN kodlarla qorunur.

Vergi ödəyiciləri “Asan İmza” sertifikatlarını əldə etmək üçün mobil şəbəkə operatorlarından aldıqları biznes tipli “Asan İmza” mobil SİM kart və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə, KOB evlərinə və ya ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. “SİMA İmza” üçün isə mobil tətbiqi smartfona yükləyərək qeydiyyatdan keçmək kifayətdir.

Seçilən
2
28
vergiler.az

10Mənbələr