Sea Breeze

Azərbaycan və Özbəkistan arasında həyata keçirilən layihələr təkcə iqtisadi deyil, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq uğurla inkişaf edir. Məlumdur ki, hər iki ölkə artıq ötən ildən etibarən nəinki, dost, qardaş, eyni zamanda strateji tərəfdaş ölkələrdir. Bu mənada hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələr də qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın vacib istiqamətlərindən birinə çevrilib. Əlbəttə ki, bu sahədə birgə həyata keçirilən layihələr təkcə iqtisadi deyil, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir.

Nəzərə alsaq ki, Özbəkistan xüsusilə pambıqçılıq və ipəkçilik kimi ənənəvi sahələrdə böyük uğurlar əldə edib, o zaman qardaş ölkənin şirkətlərinin bu istiqamətdə zəngin təcrübəsi və praktik bilikləri Azərbaycan üçün çox dəyərlidir. Möhtərəm Prezident cənab İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayarkan bir çox məsələlər kimi Azərbaycanın bu əməkdaşlığa da yüksək qiymət verdiyini vurğuladı. Məlum olduğu kimi, həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin yaradılması və inkişafı üzrə iri həcmli layihələrin icrası ətrafında konkret müzakirələr aparılıb, əməli addımlar atılıb. Əlbəttə ki, məqsəd bu sahədə texnologiyaların və qabaqcıl təcrübənin mübadiləsini təmin etməkdir.

Artıq heç kəsdə şübhə yoxdur ki, Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi bu sahədə də formalaşmış sıx əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək və uzunmüddətli tərəfdaşlığın nümunəsinə çevriləcəkdir.

Məhəmməd Abuşov;
Neftçala rayonu

ETX
ETX
ETX