AZ

Vahid dövlət istintaq komitəsi yaradılmalıdır



"Azərbaycanda 8 dövlət orqanının istintaq komitəsi var. Hesab edirəm ki, bunlara nəzarət mexanizmi də bir qədər çətindir. Ona görə də hesab edirəm ki, bu sahədə islahatlara ehtiyac var".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili deyib ki, bu baxımdan vahid dövlət istintaq komitəsi yaradılmalıdır.

Millət vəkili onu da deyib ki, bir sıra hallarda istintaqa dəvət edilmə prosesində xoşagəlməz hadisələr yaşanır:

"Adətən hansısa bir iş barədə şübhəli bilinən şəxsə rəsmi qaydada müraciət edilib onu istintaqa dəvət edirlər. Ancaq biz bəzi hallarda şahidi oluruq ki, kimisə qatı cinayətkar kimi iş yerinin qarşısında. yaxud bir başqa məkanda kobud şəkildə avtomobilə basıb aparırlar. Hesab edirəm ki, bu cür xoşagəlməz halların qarşısı alınmalıdır".

Süleyman
Seçilən
6
50
newscenter.az

10Mənbələr