Missiya.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bu gün Milli Qəhrəmanımız, Birinci Qarabağ müharibəsi şəhidi Tabil Həsənovun doğum günüdür.
Missiya.Az xəbər verir ki, o, 4 iyul 1960-cı il Xocalı rayonunun Kosalar kəndində dünyaya göz açıb.
İgidimiz 1980-cı ildə hərbi xidmətə çağırılıb. Daha sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayıb.
1991-ci ilin 15 dekabrında erməni millətçi qəsbkarları Cəmilli kəndinə dörd tərəfdən hücuma keçib və əlacsız qalan kənd əhalisi ümidlə kömək gözləyib. Elə o zaman Tabil özünü sipər edərək düşmənə əks hücuma keçib, erməni ordusunu pərən-pərən edib və düşmənlər geri çəkilib. Həmin qələbədən sonra igidimizi el arasında "Qırxız qartalı" adlandırıblar.
Erməni işğalçıları sonra yenidən Meşəli kəndinə hücum ediblər. Tabil cəsarətlə bu kəndi azad edə bilib, düşmənin canlı qüvvəsi məhv edilib.
1992-ci il mart 29-u erməni qəsbkarları Kosalarda yenidən savaşa başayıblar, saatlarla davam edən vuruşlarda 53 erməni faşisti öldürülüb. Onların 12-ni "Qırxız qartalı" Tabil öldürüb. Lakin bu onun son döyüşü olüb, çünki mərd övlad sözügedən hadisələrdə şəhadətə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Tabil Qasım oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Xocalı rayonunun Kosalar kəndində dəfn edilib. Allah rəhmət eləsin.
Zərintac MayisqızıMissiya.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.