AZ

Özbəkistanlı bankirin Paris dəhşətləri | VİDEO

AzVision.az Fransanın “Le Monde” nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı bankir iyunun 23-də Parisin dəbdəbəli ərazisində oğurlanaraq Nitsa yaxınlığındakı villanın zirzəmisinə aparılıb. Orada döyülən və zorakılıqla hədələnən bankir fidyə ödədikdən sonra sərbəst buraxılıb.

Parisdəki “Hôtel-Dieu” xəstəxanasının həkiminin dediyinə görə, Olimov çoxlu qançır və xəsarətlər alıb. Yuxusuzluqdan və daimi səkəsəkədən şikayətlənirdi.

“Olimov Parisə fransalı tərəfdaşlarla danışıqlar aparmaq və daşınmaz əmlakın alınması ilə bağlı sövdələşməni rəsmiləşdirmək üçün gəlib. Faktla bağlı “bir qrup şəxs tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum etmə” maddəsi ilə cinayət işi açılıb, bir nəfər saxlanılıb”, - qəzet yazır.

“Qazeta.uz” nəşrinin Özbəkistanın bank sistemindəki mənbəsi oğurluq faktını təsdiqləyib. Anorbank hadisə ilə bağlı rəsmi açıqlama verib:“Bu iş şəxsi, qeyri-korporativ xarakter daşıyır və bankın əməliyyat fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.

“Le Monde” qəzeti 48 yaşlı Olimovun oğurlanması və azadlığa buraxılmasının xronologiyasını təqdim edib. Bankir iyunun 21-də İstanbuldan keçməklə Daşkənddən İstanbuldan Parisə uçub. Ertəsi gün o, barlardan birində özünü Anastasiya kimi təqdim edənqızla tanış olub. Əynində “Louis Vuitton” pencəyi və “Tiffany” qolbağı olan qız gözəllik salonunda işlədiyini deyib.

İyunun 23-də Anastasiya bankirə məktub yazıb və onu restoranda nahar etməyə razı salıb. Görüşdən bir neçə dəqiqə sonra Olimovu “atletik bədən quruluşlu, qalın saqqallı və çeçen ləhcəsi güclü olan” üç kişi tutub. Bankir qızdan polisə zəng vurmasını xahiş etsə də, o, buna məhəl qoymayıb.

Hündür hasarlı fərdi evə gətirilən Olimov orada hansısa “qanuni oğru”nu və keçmiş biznes ortağının sağ əlini tanıyıb. “Qanuni oğru” bankirin ona 10 milyon dollar borcu olduğunu bildirib.

Oğurlanmış bankir üç saat döyülüb və səhnələşdirilmiş asılmaya məruz qalıb. Daha sonra Nitsadakı villanın zirzəmisinə aparılan Olimovu barmağını kəsməklə, zorlanmaqlahədələnib. Həmçinin, onun yarıçılpaq halda videosunu çəkərək, “bütün əməllərinə görə” bağışlanma diləməyə məcbur ediblər.

Bütün bunlardan sonra Olimov 5 milyon dollar borca barədə qəbz imzalayaraq sürücüsünün vasitəsilə Daşkəndə 200 min dolları köçürüb. Nəticədə sərbəst buraxılan bankir Parisə gələrək polislə əlaqə saxlayıb.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
1
50
azvision.az

10Mənbələr