"Bu, Kiyevdə ən dəhşətli və yuxusuz gecələrdən biri idi. Putin qəsdən bu hücumu Tramp ilə danışıqdan sonra həyata keçirir. O, açıq şəkildə ABŞ-yə və müharibənin dayandırılmasını istəyən hər kəsə qarşı hörmətsizlik nümayiş etdirir", - deyə Sibiga qeyd edib.
Nazir bildirib ki, Moskva dərhal sərt sanksiyalarla cəzalandırılmalı və Ukraynaya özünü müdafiə etmək üçün bütün lazımi vasitələr təmin olunmalıdır.
"Yanlış qərarlar təcavüzkarı terroru daha da artırmağa sövq edə bilər. Əgər Putin bu hərəkətlərinə görə cəzasız qalarsa, digər avtoritar rejimlər də eyni cəsarəti toplayacaq. Sülhü gözləməyi dayandırın. Güc yolu ilə sülhə nail olun", - deyə Sibiga əlavə edib.
Hücum nəticəsində 23 nəfərin xəsarət aldığı bildirilib.