Venesuela, Honduras və El Salvador kimi ölkələrdən gələn miqrantlar ABŞ-nin miqrasiya siyasətini sərtləşdirməsindən və sığınacaq proqramlarını dayandırdıqdan sonra Meksikada qapalı qalıblar.
Xalqcəbhəsi.az “Haber Global”a istinadən bildirir ki, “Casa Tochan” sığınacaq mərkəzi miqrantlara tibbi, hüquqi və psixoloji dəstək, habelə iş və mədəni proqramlar təqdim edir.
Şəhərdəki bir çox müvəqqəti düşərgələr ləğv edilsə də, qalan bir neçə düşərgədə miqrantlar qeyri-müəyyənliyə baxmayaraq işləməklə, idman etməklə və uşaqlarını məktəbə göndərməklə yaşamağa davam edirlər.