AZ

Ən saxtakar 4 bürc: məqsədlərinə çatmaq üçün görün nələr edirlər

  Bəzi bürclər digərlərinə nisbətən daha çox hiyləgər davranışlar sərgiləyə bilər. Bu siyahıya daxil olan bürclər söz oyunları, strategiyalar və manipulyativ davranışlarla seçilir. Onlar bəzən məqsədlərinə çatmaq üçün doğruları gizlətməkdən çəkinmirlər.

Referans həmin 4 bürcü təqdim edir:

Əkizlər - Zəka və danışıq qabiliyyəti ilə tanınan Əkizlər dürüstlük məsələsində bəzən qeyri-müəyyən ola bilər. Onlar bu gün dediklərini sabah inkar edə bilərlər. Bu davranış pis niyyətlə olmasa da, tez-tez özlərini qorumaq üçün həqiqətləri dəyişdirməyə meyllidirlər.

Tərəzi - Tərəzilər harmoniya yaratmaq istəyərkən bəzən gerçəkləri yumşalda və ya gizlədə bilirlər. Onların “gülümsəyərək söylədiyi yalanlar” bəzən ən təhlükəlisi ola bilər.

Oğlaq - Məqsədə çatmaq üçün planlı şəkildə hərəkət edən Oğlaqlar, bəzən hər vasitəni mübah hesab edə bilərlər. Onların soyuqqanlı görünüşlərinin arxasında gizli niyyətlər və hesablanmış planlar ola bilər.

Qız - Detallara diqqət yetirməklə seçilən Qız bürcü nümayəndələri yalanlarını məntiqli şəkildə qurur. Digər insanları tənqid etməyi sevsələr də, öz səhvlərini gizlətməkdə olduqca bacarıqlıdırlar. Xarici görünüşdə günahsız olsalar da, daxildə fərqli ola bilərlər.

Astroloqlar qeyd edir ki, bu xüsusiyyətlər bürclərin doğuşdan malik olduğu enerji və davranış formaları ilə bağlıdır və hər kəs üçün keçərli olmaya bilər.


Seçilən
13
35
referans.az

10Mənbələr