AZ

Milorad Dodik: Bosniya və Herseqovina parçalana bilər

Deyton razılaşmaları yerinə yetirilməsə, Bosniya və Herseqovina parçalana bilər...

Poliqon xəbər verir ki, bunu TASS-a müsahibəsində Serb Respublikasının prezidenti Milorad Dodik deyib.

"Serb Respublikası Daytonda razılaşdırıldığı kimi yaşamaq istəyir. Əgər bu mümkün deyilsə, o zaman bəzilərinin digərləri ilə yanaşı yaşaması yeganə real alternativdir", deyə o, qeyd edib.

Dodik hesab edir ki, Bosniya və Herseqovina yalnız hər üç xalqın qanuni olaraq seçilmiş liderləri arasında xarici müdaxilə olmadan "dürüst dialoq" olarsa, dövlət kimi fəaliyyət göstərə bilər. Onun sözlərinə görə, Almaniya və Fransanın Serb Respublikasını parçalamaq və Bosniya və Herseqovinanı unitar dövlətə çevirmək kimi fəal istəyi regionda ciddi narahatlıq yaradır.

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, hazırda Dayton sazişinin icrası pisləşir, Serb Respublikasında serblərin maraqları pozulur.

Dayton Sazişi 1995-ci ilin dekabrında ABŞ-ın Deyton şəhərində imzalanıb. Bu, atəşkəs, müharibə edən tərəflərin ərazilərinin bölünməsini, həmçinin Bosniya və Herseqovina Respublikası, Yuqoslaviya Federativ Respublikası (Serbiya və Monteneqro) və Xorvatiya arasında ərazilərin ayrılmasını nəzərdə tutur.

Qeyd edək ki, Bosniya və Herseqovina iki qurumdan - Bosniya və Herseqovina Federasiyası (Xorvat-müsəlman) və Serb Respublikasından ibarətdir. Onların arasında beynəlxalq idarəçilikdə olan Brcko rayonu yerləşir. Hökumət sistemində üç əsas xalq təmsil olunur: boşnaklar (islam slavyanları), xorvatlar (katoliklər) və serblər (pravoslavlar). Hər bir qurumun öz konstitusiyası və icra orqanı var.

Poliqon.info

Seçilən
0
10
poliqon.info

10Mənbələr