Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Təşkilat 10 ölkədən ibarətdir, bir müşahidəçi üzvü var.
Azərbaycan İƏT-ə 1992-ci ildə qoşulub.
İƏT 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb.