AZ

UNEC-də "Keyfiyyətin idarə edilməsi və akkreditasiya prosesləri” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) inzibati heyət üçün “Keyfiyyətin idarə edilməsi və akkreditasiya prosesləri” mövzusunda təlim təşkil olunub.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Bildirilib ki, təlim Keyfiyyət təminatı şöbəsinin müdiri, i.f.d. Hüseyn Həsənov tərəfindən aparılıb. Təlimdə universitetdə idarəetmənin keyfiyyət göstəriciləri, daxili keyfiyyət təminatı sisteminin qurulması, milli və beynəlxalq akkreditasiya meyarları, indikatorlar üzrə hesabatlılıq, həmçinin davamlı inkişaf üçün tətbiq olunan mexanizmlər barədə ətraflı məlumat verilib.

Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb və praktiki nümunələr üzərində fikir mübadiləsi olunub.

 

 

 

 

Seçilən
0
18
tehsil.biz

10Mənbələr