AZ

Nəqliyyat dəhlizlərindən əldə olunan gəlirlər Azərbaycanın ÜDM-nin 1-1,2%-ni təşkil edə bilər

BAKI, 4 iyul. TELEQRAF

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların ümumi həcmi 2022-ci ildən 2023-cü ilədək 19 milyon tondan 22,6 milyon tona yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bazarı Araşdırmaları İnstitutunun “Diversifikasiya və Asılılıq Arasında: Azərbaycanın Çoxvektorlu Siyasətinin Məhdudiyyətləri” adlı araşdırmasında qeyd edilir.

Bildirilir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcmi 2025-ci ildə 28,1 milyon tona çata bilər.

“Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərindən əldə edilən ümumi gəlirlər isə Azərbaycanın ÜDM-in 1-1,2 faizini təşkil edə bilər:

"Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr 2022-2025-ci illərdə üç mərhələdən keçib: 2022-ci ildə aktivliyin kəskin artması, 2023-cü ildə korreksiya və 2024-2025-ci illərdə yeni mərhələ. 2025-ci ilin birinci rübündə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61% artaraq 4,8 milyard rubla çatıb.

Seçilən
3
50
teleqraf.com

10Mənbələr