AZ

“İran prezidentinin Qarabağa səfəri Azərbaycan diplomatiyasının növbəti uğurudur”

“İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci sammiti təşkilata daxil olan ölkələr, eyni zamanda Azərbaycan üçün tarixi hadisədir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Sona Əliyeva bildiirb. Ekspert qeyd edib ki, Xankəndi sammiti dövlətimizin yalnız iqtisadi deyil, həm də siyasi uğurudur:

"Xankəndiyə səfər edən dövlət başçıları bu səfərlə sübut etdilər ki, Xankəndi Azərbaycanın ayrılmaz tərkib hissəsidir.  Hətta İran prezidenti Məsud Pezeşkianın Qarabağa səfəri də bu baxımdan Azərbaycan diplomatiyasının növbəti uğurudur. Çünki Tehrandakı molla rejimi uzun müddət Qarabağ münaqişəsinin həllinə bu və ya digər formada maneələr yaradıb. Hətta 44 günlük savaşın gedişində də biz bunu gördük.

O ki, qaldı məsələnin iqtisadi tərəfinə, Azərbaycan bu sammiti keşirməklə həm Türk Dövlətləri Təşkilatının, həm də region ölkələrinin əsas geostrateji nicat qapısı olduğu göstərmiş oldu. "Bir kəmər bir yol" və digər beynəlxalq layihələrin əsas tranzit xətti məhz Azərbaycandan keçir. Hər ölkənin maraqları nəzərə alınmaqla Azərbaycan bir çox enerji layihələrinin əsas moderatoru və ya maliyyə donoru kimi çıxış edir.  Tacikistanda və Qırğızıstanda təbii enerji projeləri gündəmdədir. Bu o deməkdir ki, hər iki ölkəni Azərbaycan öz iqtisadi qanadları altına alır.  Şimali Kipr Türk Respublikası da ən ali səviyyədə Xankəndidə təmsil olunur.  ŞKTR prezidenti Ersin Tatarın buraya gəlişi onu deməyə əsas verir ki, Bakı beynəlxalq arenada Ankara ilə birgə Lefkoşanın əsas dəstəkçilərindəndir.

Bir sözlə, 17-ci sammit bir çox nüanslara görə, tarixi-siyasi və siyasi-iqtisadi nailiyyətlərlə yadda qalacaq”.

Seymur ƏLİYEV

Seçilən
6
50
moderator.az

8Mənbələr