AZ

4 il yediyi hər şeyi qusdu, 41 kiloya düşdü – əsl səbəb son anda tapıldı

İzmir sakini 44 yaşlı Sabiha Demirden dörd il boyunca qusma, ürəkbulanma və mədə ağrıları ilə yaşayırdı.

E-saglam.az xəbər verir ki, bu müddət ərzində iki dəfə əməliyyat olunmuşdu – əvvəlcə mədə şişindən, sonra isə uşaqlıqla bağlı problemlərdən şübhələnilmişdi. Ancaq müalicələrə baxmayaraq vəziyyəti yaxşılaşmır, əksinə pisləşirdi. Ən kritik məqamda isə nəcislə qusmağa başlayır və çəkisi 70 kilodan 41-ə düşür.

Nəhayət, Alanya Universitetinin Ümumi Cərrahiyyə üzrə professoru Dr. Tuğrul Çakırın müdaxiləsi ilə əsl problem üzə çıxdı – Sabiha xanımın yoğun bağırsağında ciddi daralma var idi. Bu daralma bağırsaq keçişini tamamilə bloklayır və xəstəni hər qidadan sonra qusmağa məcbur edirdi.

2.5 saatlıq mürəkkəb cərrahi əməliyyatdan sonra daralmış hissə çıxarıldı. Xəstənin vəziyyəti əməliyyatdan cəmi 3 gün sonra sabitləşdi. İştahı bərpa olundu və 3 ay ərzində çəkisi 54 kiloya qədər artdı.

Sabiha Demirden deyir ki, illərlə xəstəxanadan xəstəxanaya sürükləndi, amma heç kim ona konkret diaqnoz qoya bilmədi. Ən sonda doğru mütəxəssisə çatması həyatını dəyişdi. Onun hekayəsi sağlamlıq problemlərinin kökündə gizlənən səbəblərin bəzən çox sadə, amma çətin tapılan ola biləcəyini göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
13
50
e-saglam.az

10Mənbələr