AZ

İlk yarımfinalçı müəyyənləşir: "Fluminense", yoxsa "Əl-Hilal"?

2025-ci il FIFA klubların dünya çempionatında ilk yarımfinalçı bu gün bəlli olacaq.

İdman.biz xəbər verir ki, 1/4 final mərhələsi çərçivəsində "Fluminense" və "Əl-Hilal" komandaları üz-üzə gələcəklər.

Orlandoda "Camping World Stadium"da keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 23:00-da başlayacaq.

1/4 finalın növbəti oyunlarına gəlincə, Bakı vaxtilə iyulun 5-də "Palmeyras" - "Çelsi" (05:00) və PSJ - "Bavariya" (20:00), iyulun 6-a keçən gecə "Real Madrid" - "Borussiya Dortmund" (00:00) qarşılaşmaları keçiriləcək.

İdman.biz

Seçilən
4
10
idman.biz

10Mənbələr