AZ

Putin və Trampın telefon danışığının təfərrüatları açıqlandı


Xəbər verdiyimiz kimi, ötən gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, liderlər arasındakı söhbət bir saata yaxın davam edib.
Tramp Putinlə söhbətində bir daha Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini gündəmə gətirib.
Putin isə Rusiyanın Ukrayna ilə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu qeyd edib.
Eyni zamanda, o, Moskvanın Ukrayna böhranının köklü səbəblərini aradan qaldırmağa çalışacağını və məqsədlərindən geri çəkilməyəcəyini vurğulayıb.
Söhbətdə ABŞ-nin Ukraynaya silah tədarükünün dayandırılması mövzusu qaldırılmayıb.
İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun konkret tarixləri müzakirə olunmayıb. Həmçinin, danışıqların Rusiya və Kiyev arasında ikitərəfli olaraq qalacağı vurğulanıb.
İki ölkə liderləri İran ətrafındakı və ümumilikdə Yaxın Şərqdəki vəziyyəti çox ətraflı müzakirə ediblər.
Bundan başqa, prezidentlər digər məsələlərlə yanaşı, Suriya məsələsini də müzakirə ediblər və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Bundan əlavə, söhbət zamanı Putin və Tramp Rusiya və ABŞ arasında ənənəvi dəyərləri təbliğ edən filmlərin mübadiləsi imkanlarına diqqət yetiriblər.
Söhbətdə həmçinin kosmos və enerji sahəsində əməkdaşlıq da müzakirə olunub.
Putin və Tramp şəxsi görüşün mümkünlüyünü müzakirə etməyiblər.
Sonda Putin və Tramp dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Seçilən
6
3
yeniavaz.com

10Mənbələr