AZ

Klublararası dünya çempionatında 1/4 final mərhələsinə start verilir

Bakı, 4 iyul, AZƏRTAC

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Braziliyanın "Fluminense" klubu Bakı vaxtı ilə saat 23:000-da Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası ilə üz-üzə gələcək.

Digər matç isə iyulun 5-i səhərə yaxın, Bakı vaxtı ilə saat 05:00-da başlayacaq. Həmin görüşdə Braziliyanın digər təmsilçisi "Palmeyras" İngiltərənin "Çelsi" klubunu sınağa çəkəcək.

Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

 

Seçilən
3
21
azertag.az

10Mənbələr