Bakı. Trend:
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadiƏməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etməküçün iyulun 4-də Azərbaycan Respublikasına səfərə gəlib.
Trend xəbər verir ki, FüzuliBeynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovuldəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm vətəhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavəndrayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.