AZ

Ukrayna cəbhəyə zəhərli şokoladlar səpələdi, rus əsgərləri yedi

BAKI, 4 iyul. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri cəbhə zonasında Rusiya əsgərlərinin mövqelərinə zəhərli şokoladlar səpələyir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Tuva vilayətinin qubernatoru Vladislav Xovalıq məlumat verib.

O qeyd edib ki, cəbhədən gələn Almay və Lebed adlı əsgərlərlə görüşüb. Əsgərlər Ukrayna tərəfinin “taktika”sını Xovalıqa danışıblar. Onların iddiasına görə, Ukrayna hərbçiləri Rusiya əsgərlərinə zəhərli şokoladlar atıb.

Tuva rəhbəri qeyd edib ki, bəzi əsgərlər bunu özlərinin qida rasionu ilə səhv salaraq yeyiblər.

Seçilən
7
50
teleqraf.com

10Mənbələr