AZ

Yanacaqdoldurma məntəqəsində güclü partlayış oldu

İtaliyanın paytaxtı Roma şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bununla bağlı yerli media xəbər yayıb.

Paytaxtın Via dei Gordiani bölgəsində yerləşən yanacaqdoldurma məntəqəsindəki partlayış nəticəsində xəsarət alanlar var.

Onlardan 10 nəfəri polis və yanğınsöndürənlərdir.

Partlayışın baş verdiyi obyekt tamamilə dağılıb və ətrafdakı binalara ziyan dəyib.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Seçilən
14
27
konkret.az

10Mənbələr