Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan məşhur separatçı Vahan Çaxalyan İrəvanda həbs edilib.
Ölkə.az modern.az-a istinadən xəbər verir ki, o, Mazmanyan küçəsi 5 ünvanında yerləşən İstintaq İdarəsinin binasında saxlanılır.
Məlumatı vəkil Ruben Melikyan ictimailəşdirib.
Vahan Çaxalyan II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna qarşı döyüşüb.