AZ

İsrail-İran savaşından sonra Pezeşkianın Xankəndi səfərinin PƏRDƏARXASI: Nələr baş verir?

“İran Prezidenti Məsud Pezeşkianın Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşündə iştirakı və Xankəndinə səfəri Azərbaycan–İran münasibətlərində yeni bir səhifə aça bilər”.

Bu fikiri politoloq Aytən Qurbanova KONKRET.az-a açıqlamasında səsləndirib:

Aytən Qurbanova

“Son aylarda iki ölkə arasında intensivləşən yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər diplomatik münasibətlərdə yumşalma mərhələsinin başladığından xəbər verir. Bu proses çərçivəsində baş tutan müzakirələrdə əldə olunan razılaşmalar uzun müddət gərginliyə səbəb olan məsələlərin aradan qaldırıldığını göstərir.
Məsud Pezeşkianın Bakıya səfəri həm də İranın regional proseslərdə daha fəal oyunçuya çevrilmək niyyətini ortaya qoyur. Azərbaycan və İran sülh və sabitliyin təmin olunması istiqamətində müəyyən razılaşmalar əldə ediblər. Bu razılaşmalar təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə regionun gələcək siyasi arxitekturasına təsir göstərə bilər”.

Politoloq qeyd edir ki, ECO zirvə çərçivəsində keçirilən görüşlərin davamlı xarakter alması isə iki ölkə arasında yeni bir yol xəritəsinin formalaşdırılması istiqamətində əhəmiyyətli mesajlar verir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
11
50
konkret.az

10Mənbələr