AZ

İki yaşlı uşaq 20-ci mərtəbədən yıxılaraq sağ qaldı

Çinin Çuntsin şəhərində iki yaşlı oğlan uşağı 20-ci mərtəbənin eyvanından yıxıldıqdan sonra sağ qalıb.

Ölkə.az xəbər verir ki, bu barədə "Mothership" məlumat yayıb.

Nəşrin məlumatına görə, uşaq bir neçə dəqiqə ərzində nənəsinin nəzarətindən kənarda qalıb. Bu zaman o, eyvana çıxaraq aşağı yıxılıb. Uşağın yıxılmağının təsirini qismən ağaclar və kollar azaldıb, bu səbəbdən uşaq sağ qalıb, lakin çoxsaylı sınıqlar və ciddi xəsarətlər alıb.

Uşaq xəstəxanaya ağır vəziyyətdə daxil olsa da, həkimlər onun vəziyyətini stabilləşdirə biliblər.

Həmidə İbrahimova

Seçilən
16
olke.az

1Mənbələr