AZ

“Dayaq” Sosial Maarifləndirmə İB Suraxanı Gənclər Evində tədbir keçirib



“Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyilə həyata keçirdiyi ilə iyul ayının 2-də ” Sosial siyasətdə ictimai təşəbbüslər” layihə çərçivəsində növbəti tədbirini Suraxanı Gənclər Evində keçirib. Baş tutan tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran xanım Əliməmmədova, layihənin eksperti Gövhər xanım Quliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdür müavini Araz müəllim Fərhadov, Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Tural müəllim Qafarov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Arbitrium Vəkil Bürosunun Vəkili Nərmin xanım Əliyeva, Kəngərli və Partnyorları Vəkil Bürosunun Vəkili Kəmalə xanım Tağıyeva iştirak edib.Tədbirdə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra vətən uğrunda canından keçmiş vətən oğullarını bir dəqiqəlik sükutla yad edilib.

İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, ilk öncə iştirak edən qonaqları və tələbələri salamlayıb. Layihənin əsas məqsədi və layihədə nəzərdə tutulan tətbirlər barəsində məlumat verib. İB-in sədri Hicran xanım sözü verib Kəngərli və Partnyorları Vəkil Bürosunun Vəkili Kəmalə xanıma, mövzu üzrə sosial sahədə olan problemlər ilə bağlı layihələrin həyata keçirilməsində əsas məqsədimiz odur ki, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi və məşğulluq ilə bağlı məlumat verib. Ölkəmizdə işsizliyin aradan qaldırılması üçün müvafiq addımlar atılır. Sosial dəstək proqramlarının uğurlu icrası vətəndaş məmnunluğunun artmasından əhəmiyyətli rol oynadı. Ölkə rəhbərinin irəli sürdüyü bütün təşəbbüslərdə sosial baxımdan zəif təmin olunmuş ailələrə hər zaman bu diqqəti müşahidə edib. Prezident cənab İlham Əliyev həmişə məhz Ulu Öndər Heydər Əliyevin yolunu, hər zaman xalqının, dövlətinin mənafeyini düşünüb. Bu istiqamətdə müəyyən qanunlar qəbul olunur, bu yöndə dəstək layihələr həyata keçirilir. Tədbirin gedişatında çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdür müavini Araz müəllim tədbirdə iştirak edən vətəndaşlara sosial sahə haqqında məlumat verib. Sosial xidmətlərinin innovativ yanaşmalara əsasən nəzərdə tutulan əhalinin işsizlik səviyyəsinin minimum həddə olduğu, yüksək dərəcədə inkişaf etmiş ölkəmizin ictimai-siyasi, elmi-mədəni humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi yer tutur.

Məlum olduğu kimi, Azərbaycan hökümətinin prioritet hesab etdiyi sahələrdən biri də, sosial sahədir. Bu yöndə gənclərimizə sosial sahədə təbliğ etmək və gələcək nəsillərə çatdırılmasına yardım olmaqdır. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə özünəməşğulluq proqramı mühüm sosial-iqtisadi üçün əhəmiyyət daşıyır. Bu məqsədlə aztəminatlı ailələr üçün geniş sosial yardım və məşğulluq proqramları həyata keçirilir. Söz verilib Azərbaycan Respublikasının Vəkillər kollegiyasının üzvü, Arbitrium Vəkil Bürosunun Vəkili Nərmin xanıma, sosial sahənin əsas məqsədi, bu sahədə könüllü olaraq fəal iştirak etmək istəyən gənclərə ətraflı şəkildə danışıb məlumat verib.Alternatif olaraq isə, işsiz statusunda olan bu cür müdafiə norması əmək müqavilələrinin birtərəfli ləğvini çətinləşdirər, işəgötürəni daha məsuliyyətli davranmağa vadar edər və vətəndaşın stajını itirmədən pensiya çatmasına şərait yaradar.

Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Tural müəllimə söz verilib, layihənin həyata keçirilməsinin əsas məqsədi sosial cəhətdən həssas qrupların məşğulluğuna dəstək verilməsinə dair fikir mübadiləsi aparmaq. Özünəməşğulluq, dövlət proqramları, peşə təlimləri, sosial iş yerləri və ailə təsərrüfatlarının yaradılması kimi mövzulardan məlumat verib. Proqramın ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsini azadılması, iqtisadiyyatda inkluzivliyin gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı təklif və tövsiyələrini bölüşüb.

Prezident Cənab İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərdən təmin edilməsidir. Layihə haqqında məlumat vermək üçün layihənin Eksperti Gövhər xanıma söz verilib, Layihənin həyata keçirilməsinin əsas məqsədi, Qlobal məsələlərdən biridə sosial sahədir. Hökümətin həyata keçirdiyi sosial siyasətdə, ictimai rolun artırılmasından ibarətdir. Gənclər cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdən ibarətdir. İB-in sədri Hicran xanım, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi İcraçı direktor Aygün xanım Əliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Hörmətli Adil Əliyev, Suraxanı Gənclər Evinin direktoru Cəbi müəllim Quliyev, Suraxanı Gənclər Evinin əməkdaşı Aytən xanıma, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Aydın müəllimə və Dilarə xanıma öz təşəkkürünü və minnətdarlığını bildirib. Tədbirin sonunda iştirak edən qonaq və tələbələr ilə xatirə şəkilin çəkiliməsilə yekunlaşıb. Tələbələrə tədbirin əvvəlində dəftərxana ləvazimatları paylanılıb.

Qeyd edək ki, layihənin məqsədi sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi sahədə problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.
Seçilən
7
4
newscenter.az

10Mənbələr