AZ

Rusiyanı vuracaq 18-ci zərbə

Avropa Birliyi Rusiyaya 18-ci sanksiyalar paketi qəbul etmək ərəfəsindədir. Sanksiyalar paketinə neftin qiymətinin 45 dollarlıq həddi, “Şimal axını” boru kəmərlərinə qarşı sanksiyalar və Rusiyanın kölgə donanmasına yönəlik tədbirlər daxildir.

Qeyd edim ki , Macarıstan və Slovakiya AB-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bloklayıb və bunun müqabilində Avropa Komissiyasından enerji zəmanəti tələb edib.

Slovakiya AK-dan 20 milyard avroya qədər təzminat tələb edir, Macarıstan isə idxal rusumlarından azad olmaqda israr edir.

AB-nin 18-ci sanksiyalar paketinə Rusiya müdafiə sənayesi üçün kölgə təchizatçısı olan şirkətlər və onlara bağlı şəxslərin siyahısı da əlavə olunub.

Məsələn, Rusiyanın yeni orta mənzilli “Oreşnik” ballistik raketinin yaradılmasında 39 xarici şirkət kölgə təchizatçısı kimi iştirak edir.

Bu şirkətlərdən 18-i AB-nin artıq sanksiyalar tətbiq etdiyi şirkətlərdir, 21-i isə hələ də sanksiyalara məruz qalmayıb.

Və bu 21 xarici şirkət “Oreşnik” ballistik raketinin istehsalı üçün mühüm  komponentləri Rusiyaya leqal olaraq idxal edir.

Ümumiyyətlə isə, Rusiya son zamanlar sanksiyalardan yan keçmək üçün yeni alətlərlərdən aktiv istifadə edirdi.

Bu alətlərdən biri yüksək sürətli və asan diversifikasiya oluna bilən kriptovalyutalar idi.

Məsələn, post-sovet ölkələrindən birinə məxsus “A7A5” tokeni bu ilin ilk 100 günü ərzində 9 milyard dollardan çox məbləğdə əməliyyatların aparılması üçün istifadə olunub.

Rusiya milli valyutası ilə sabitlənmiş “A7A5” tokeni sanksiya tətbiq olunan Promsvyazbankdakı hesablarla dəstəklənirdi.

“A7A5” tokeni bloklanmış “Garantex” platforması ilə əlaqəsi olan “Grinex” birjasında alqı-satqı aparırdı.

“Garantex” kriptovalyuta platforması  sanksiyalara məruz qaldığı üçün bu il 6 mart tarixindən “Tether” əməliyyatçı tökeni tərəfindən bloklanıb.

Məlumat üçün deyim ki, “Tether”, dəyərinin 80 faizinin ABŞ dollarlı bank hesabları və ya onların ekvivalenti ilə dəstəklənən “Tether Limited” şirkəti tərəfindən buraxılan kriptovalyutadır.

Bir sözlə, Rusiyanın indi çox ciddi və idarə olunmayacaq qədər böyük problemləri var.

Azərbaycan və Azərbaycanla bağlı ajiotaji da bu kontekstdə dəyərləndirmək lazımdır.

Kremldə bir qüvvə dəyişikliklərə start verib və məsələni sonuncu dəfə etdiyi kimi yenə də bizim əlimizlə etməyə qərar verib.

Seçilən
3
6
vaxt.az

10Mənbələr