AZ

Tramp ABŞ-nin avqustun 1-dən 10-70 %-lik idxal rüsumları tətbiq edəcəyini elan edib

ABŞ Prezidenti Donald Tramp elan edib ki, iyulun 4-dən onun administrasiyası ticarət tərəfdaşlarına avqustun 1-dən etibarən Birləşmiş Ştatlara mal tədarükü üçün ödəməli olacaqları rüsumların məbləği barədə məlumatlar göndərməyə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" “Bloomberg”ə istinadən məlumat yayıb.

Bəzi hallarda rüsumlar 60-70 %, bəzi hallarda isə 10-20 % təşkil edəcək.

"Düşünürəm ki, iyulun 9-na qədər hər şeyi edəcəyik", - D.Tramp jurnalistlərə bildirib.

Seçilən
6
28
report.az

10Mənbələr