AZ

İran: ABŞ ilə sülh danışıqları üçün hələ də ümid var – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai "Sky News"a açıqlamasında bildirib ki, ABŞ ilə sülh danışıqlarının aparılması üçün hələ də imkanlar mövcuddur. O vurğulayıb ki, ABŞ və İsrailin İrana qarşı hücumlarına baxmayaraq, diplomatik həll yollarının axtarışı davam edir.

"Diplomatiya aldatmaq və ya psixoloji müharibə aparmaq vasitəsi kimi istifadə edilməməlidir," - deyə Bəqai qeyd edib.

İranlı rəsmiyə görə, Tehran diplomatiyanın xəyanətə uğradığını hiss edib. Onun sözlərinə görə, ABŞ və İran arasında danışıqların bərpası ərəfəsində İsrailin İrana hücumu vəziyyəti dəyişib və ABŞ bu sionist təcavüzü dəstəkləməklə beynəlxalq hüququ pozub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
50
olaylar.az

10Mənbələr