AZ

Millimiz Avropa 2 cisi olub

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanın yunan-Roma güləşi millisi İtaliyanın Kaorle şəhərində keçiriən U-20 Avropa çempionatında ikinci olub. Azərbaycan Güləş Federasiyasından mətbuata verilən məlumata görə, komanda yarışı 1 qızıl, 3 gümüş, 2 bürünc medalla başa vurub.

129 xal toplayan milli yığma çempion Gürcüstandan cəmi 6 xal geri qalıb. İlk “üçlük”də yer alan Ukrayna da 129 xal toplayıb. Ancaq medalların əyarına görə millimiz önə çıxıb.

Qeyd edək ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayevlə (67 kq) Elmin Əliyev (82 kq) isə bürünc medal qazanıblar.

M.HACIXANLIXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
15
xalqqazeti.az

10Mənbələr