AZ

Azərbaycan Prezidenti: Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirdiyini bildirib.Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa bu ölkənin Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir:“Məmnunluqla qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımız hazırda da uğurla davam edir. Azərbaycanın enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndiririk”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
35
demokrat.az

10Mənbələr