AZ

Azərbaycan rəhbərliyi Özbəkistanın “sürətli inkişafını” və “genişmiqyaslı islahatlarını” yüksək qiymətləndirir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşündəki bəyanatı: Əməkdaşlıq və qardaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur! Azərbaycan Prezidenti İlham Əliyevin 2 iyul 2025-ci il tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat, iki ölkə arasında strateji əməkdaşlığın dərinliyini və dinamik inkişafını bir daha nümayiş etdirdi”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb.

Nicat İsmayılov

“Prezident Əliyevin xüsusi vurğuladığı kimi, 2024-cü ildə Daşkənddə imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələri yeni səviyyəyə qaldırdı. Bu sənəd nəinki qarşılıqlı etimadı gücləndirdi, həm də regionda sabitliyin təminatına töhfə verdi. Müqavilənin praktiki nəticələrindən biri də ticarət dövriyyəsinin artımı və birgə infrastruktur layihələrinin (nəqliyyat dəhlizləri, energetika) sürətləndirilməsi oldu.

Cənab Prezidentin “Özbəkistan idman sahəsində yeni uğurlar əldə edir” ifadəsi, qonşu ölkənin bu sahədəki irəliləyişinə hörmət və həmrəylik mesajıdır. Özbəkistanın son illərdə Olimpiya və Dünya çempionatlarında qazandığı medal uğurları, həmçinin Azərbaycanla idmançıların birgə təlimləri (xüsusilə güləş və cüdo üzrə) ikitərəfli əlaqələrin inkişafında mühüm amildir” deyən politoloq bildirib ki, Azərbaycan rəhbərliyi Özbəkistanın “sürətli inkişafını” və “genişmiqyaslı islahatlarını” yüksək qiymətləndirir. Bu, xüsusilə iqtisadi diversifikasiya, rəqəmsal transformasiya və ictimai sektorun modernləşdirilməsi sahələrində görünür. Prezident Mirziyoyevin iqtisadi açılış siyasəti ilə Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyası arasında sinerji yaranması, gələcəkdə birgə investisiya layihələrinə şərait yaradır.

Politoloqun sözlərinə görə, səfər çərçivəsində imzalanan yeni sənədlər (ticarət, təhsil, turizm, energetika) ikitərəfli əlaqələrin diversifikasiyasını göstərir.

Yaşıl enerji sahəsində birgə layihələr (günəş və külək enerjisi stansiyalarının qurulması).Təhsil mübadiləsi proqramlarının genişləndirilməsi(Bakı və Daşkənd Universitetləri arasında birgə magistr proqramları).Turizmin stimullaşdırılması (viza rejiminin sadələşdirilməsi və mədəni irsin təqdimatı)”

Nicat İsmayılov qeyd edib ki, İlham Əliyevin bəyanatı, Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq formatında möhkəmləndiyini təsdiq edir: “Hər iki ölkənin eyni dəyərlər (muxtariyyət, stabillik, innovasiyalar) əsasında inkişaf etməsi, onları regionda nüfuzlu “qardaş dövlətlər”ə çevirir. Gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində də daha sıx əməkdaşlıq gözlənilir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
icma.az

10Mənbələr