AZ

Məsud Pezeşkian: İsrail ABŞ-ın dəstəyi ilə İrana qarşı qeyri-qanuni hücum edib

İsrail İrana qarşı qeyri-qanuni hücum edib, bu hücum ABŞ tərəfindən dəstəklənib.

APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

İran Prezidenti deyib ki, 12 gün ərzində mülki insanlara qarşı da hücum olub, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsində olan nüvə obyektlərinə hücum olub: “Biz qanuni özünümüdafiə hüququndan istifadə edərək bölgədə müharibənin qarşısını aldıq. ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb. Bu vəziyyət davam edərsə, bu, regionda iqtisadi inteqrasiyaya mənfi təsir edəcək. İƏT üzvlərinə məsuliyyətli mövqelərinə görə təşəkkür edirəm. İƏT-in son Zirvə görüşü belə qanunsuz hücumların pislənməsi üçün böyük fürsətə çevrildi”.

Seçilən
0
50
apa.az

10Mənbələr