AZ

“Rusiyanın Zəngəzur dəhlizinə nəzarəti artıq sabitləşdirici yox, gərginləşdirici faktordur”

Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Rusiya sərhədçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsi artıq sabitləşdirici yox, gərginləşdirici bir faktordur".

Bunu "Yeni Sabah"a siyasi şərhçi Oqtay Qasımov deyib.

O, Zəngəzur dəhlizinin açılacağı təqdirdə ona ABŞ şirkətinin nəzarət etməsi iddiasını münasibət bildirib. Marqarita pizza

Xatırladaq ki, 2020-ci ilin üçtərəfli atəşkəs bəyanatında kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarət etməsi barədə müddəa mövcuddur. Daha sonra Ermənistan baş naziri Nikol Paşinyan sərhədboyu ərazidən keçəcək nəqliyyat dəhlizinə üçüncü - bitərəf ölkə şirkətinin nəzarət etməsi ideyasını irəli sürüb.

Son vaxtlara qədər rəsmi Bakı Rusiya FTX Sərhəd Qoşunlarının Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirəcək magistral yola "himayədarlıq" etməsi ideyasını dəstəkləyirdi. Lakin indi "Carnegie" Fondunun layihəsinə əsasən, ABŞ variantına güvəndiyi iddia olunur.

"Hansısa dövlətin dəhlizə nəzarətini müzakirə etmirik. Söhbət Rusiyanın iddialarından gedir, - deyə Oqtay Qasımov mövzuya dair fikirlərini davam etdirib. - O, üçtərəfli bəyanatın 9-cu bəndinə əsaslanırdı. Həmin bənddə göstərilir ki, dəhliz və kommunikasiya açılır və bunun təhlükəsizliyini Rusiya həyata keçirir.

Məlum bölgədən Rusiya sərhədçiləri hazırda çıxarılıb. Rusiya sərhədçiləri hazırda yalnız Türkiyə ilə sərhəddə dayanırlar.

Həm Azərbaycana, həm də Ermənistana edilən təzyiqlərin kökündə bu dayanır. Kreml sülh prosesindən, Zəngəzur dəhlizi məsələsindən kənarda qalacağından ehtiyat etdiyi üçün tərəflərə təzyiqləri artırmağa çalışır.

Son qərarı Ermənistan verəcək. Bizim üçün isə "üçüncü tərəf" elə də əhəmiyyət daşımır. Əsas olan odur ki, dəhlizlə maneəsiz və təhlükəsiz keçidə imkan yaradılsın.

Rusiyanın davranışları artıq ona gətirib çıxarır ki, həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində onlara qarşı çox ciddi etirazlar var. Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi artıq sabitləşdirici yox, gərginləşdirici bir faktordur. O bunu siyasi maraqları naminə istifadə etməyə çalışacaq. Ona görə də mən Rusiyanın həmin bölgədə nəzarətinə qəti olaraq qarşı olanlardan biriyəm".

Rəvan Rzazadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
50
yenisabah.az

10Mənbələr