AZ

“Nəhəng”lərin Lukman yarışı

“Atalanta”nın futbolçusu Ademola Lukman klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, İspaniyanın “Atletiko” və İngiltərənin “Arsenal” klubu nigeriyalı hücumçu ilə maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə “Arsenal”ın artıq bir müddətdir, oyunçu ilə danışıqlarda olduğu bildirilir. Madrid təmsilçisi də yaxın zamanda klub və oyunçu ilə danışıqlara başlayacaq.

“Atalanta” Lukman üçün 50 milyon avro tələb edir. Futbolçu başa çatan mövsümdə 40 oyunda 20 qol vurub, 7 məhsuldar ötürmə edib.

Seçilən
1
3
futbolpress.az

10Mənbələr