Bakı.Trend:
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri ikiölkə arasında münasibətlərin yeni mərhələyə çıxmasına imkanverəcək.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, O deyib ki, Azərbaycan ilə Özbəkistanmünasibətlərinin tarixi qədim tarixi köklərə malikdir.
“İki ölkənin xalqlarını eyni zamanda mədəniyyət, qədim tariximünasibətlər, ənənələr, din və digər mənəvi dəyərlər birləşdirir.Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlər dinamikinkişaf edir. Bu gün Özbəkistan Azərbaycan arasında ikitərəflimünasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və müttəfiqlikxarakteri daşıyır”, - deyə deputat bildirib.
Deputat qeyd edib ki, Azərbaycan və Özbəkistan prezidentlərininson illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəflimünasibətlərin inkişafına böyük təkan verib.
“Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində “AliDövlətlərarası Şuranın” ikinci iclası keçirildi və mövcud əlaqələrigücləndirən çoxsaylı sənəd mübadiləsi baş tutdu. Eyni zamanda səfərçərçivəsində Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması,Özbəkistan səfirliyinin yeni binasının açılışı baş tutdu. Bütünbunlar münasibətlərimizi yeni səviyyəyə qaldırmış oldu”.
Deputat vurğulayıb ki, Azərbaycan–Özbəkistan münasibətləri qədimmədəni əsasdan başlayaraq diplomatik əlaqələrin qurulması,iqtisadi-strateji əməkdaşlıq, iqtisadiyyatın müxtəlif sahələrindəbirgə layihələr, humanitar əlaqələrin genişləndirilməsi vəbeynəlxalq platformalarda qarşılıqlı dəstəyə qədərçoxşaxəlidir.
A.Həsənova bildirib ki, Özbəkistanın Qarabağın bərpasınagöstərdiyi dəstək xüsusi qeyd edilməlidir:
“Füzulidə Mirzo Ulugbek adına 960 yerlik məktəbin tikilməsiÖzbəkistanın Azərbaycana yüksək dəstəyinin göstəricisidir”.
Deputat əlavə edib ki, iki ölkə arasında beynəlxalq təşkilatlarçərçivəsində də hər zaman səmərəli əməkdaşlıq mövcud olub.
“Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurladavam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıqsahələrinin genişləndirilməsində və inkişaf etdirilməsinə mühümtöhfələr verirlər”.