Bakı. Trend:
Avqustun 30-da Bakıda klassik avtomobillərin yürüşü və çövkənyarışı keçiriləcək.
Trend xəbər verir ki, “Atgücü” adlı tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) vəAzərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF)təşkilatçılığı ilə təşkil olunacaq.
Dənizkənarı Milli Parkdan start götürən yürüş paytaxtın mərkəziküçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başaçatacaq.
Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə dəmilli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu,eləcə də konsert təşkil ediləcək.
Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün nəqliyyatvasitələrinin sahibləri AAF-ın elektron ünvanı [email protected] və ya+99450 295 01 00 nömrəsinə müraciət edərəkqeydiyyatdan keçə bilər.