AZ

Qlobal taxıl və düyü istehsalının artımı gözlənilir

BAKI, 4 iyul. TELEQRAF

2025-ci ildə qlobal taxıl istehsalı 2024-cü illə müqayisədə 2,3 faiz artaraq2 925 milyon tona çatacaq.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

Bildirilir ki, bu müsbət tendensiya buğda, qarğıdalı və düyü istehsalı ilə bağlı proqnozların yaxşılaşmasından irəli gəlir:

"Buğda istehsalı hazırda 805,3 milyon ton səviyyəsində proqnozlaşdırılır. Bu da Hindistan və Pakistanda gözlənilən yüksək məhsuldarlıq hesabına artıb.Qlobal qarğıdalı istehsalının artımıBraziliyadakı əlverişli şərait və Hindistanda gözləniləndən daha geniş əkin sahəsində əkin aparılması ilə əlaqədardır. Bu tendensiyaUkrayna və Aİ-də quru hava və əkin sahələrinin azalması səbəbindən istehsalın aşağı düşməsini kompensasiya edib".

Sənədə əsasən, 2025/26-cı illərdə qlobal düyü istehsalının Hindistan, Banqladeş, Pakistan və Vyetnamda məhsuldarlığın artması fonunda555,6 milyon tona çatması gözlənilir.

Seçilən
95
3
teleqraf.com

3Mənbələr