AZ

Azərbaycanla Özbəkistan arasında münasibətlərin inkişafında yeni imkanlar açılır - Deputat

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə çıxmasına imkan verəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, O deyib ki, Azərbaycan ilə Özbəkistan münasibətlərinin tarixi qədim tarixi köklərə malikdir.

"İki ölkənin xalqlarını eyni zamanda mədəniyyət, qədim tarixi münasibətlər, ənənələr, din və digər mənəvi dəyərlər birləşdirir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlər dinamik inkişaf edir. Bu gün Özbəkistan Azərbaycan arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və müttəfiqlik xarakteri daşıyır", - deyə deputat bildirib.

Deputat qeyd edib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərin inkişafına böyük təkan verib.

"Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində "Ali Dövlətlərarası Şuranın" ikinci iclası keçirildi və mövcud əlaqələri gücləndirən çoxsaylı sənəd mübadiləsi baş tutdu. Eyni zamanda səfər çərçivəsində Bakıda "Özbəkistan" parkının təməlinin qoyulması, Özbəkistan səfirliyinin yeni binasının açılışı baş tutdu. Bütün bunlar münasibətlərimizi yeni səviyyəyə qaldırmış oldu".

Deputat vurğulayıb ki, Azərbaycan-Özbəkistan münasibətləri qədim mədəni əsasdan başlayaraq diplomatik əlaqələrin qurulması, iqtisadi-strateji əməkdaşlıq, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələr, humanitar əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyə qədər çoxşaxəlidir.

A.Həsənova bildirib ki, Özbəkistanın Qarabağın bərpasına göstərdiyi dəstək xüsusi qeyd edilməlidir:

"Füzulidə Mirzo Ulugbek adına 960 yerlik məktəbin tikilməsi Özbəkistanın Azərbaycana yüksək dəstəyinin göstəricisidir".

Deputat əlavə edib ki, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman səmərəli əməkdaşlıq mövcud olub.

"Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsinə mühüm töhfələr verirlər".

Seçilən
6
50
day.az

10Mənbələr