İyul ayının 7-də Respublikanın tanınmış həkimi, Azərbaycan səhiyyəsində xüsusi xidmətləri və yüksək peşəkarlığı ilə seçilən Rauf Nurəddin oğlu Rzayevin 70 yaşı tamam olur.
Rauf Rzayevin 50 ilə yaxın müddəti əhatə edən həkimlik fəaliyyəti yalnız vətəndaşlıq borcunun layiqincə yerinə yetirilməsi ilə deyil, eyni zamanda Azərbaycan səhiyyəsinin strateji əhəmiyyət kəsb edənbir sahəsində əldə etdiyi uğurla da səciyyələnir.
Onun həkimlik həyatında mühüm mərhələ 1980-ci illərin əvvəllərində SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzində (hazırda akademik B.V. Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzi) keçdiyi elmi - cərrahiyyə məktəbiolmuşdur. Elmi işini uğurla müdafiə etdikdən sonra, Moskvada qalaraq elmi-praktik fəaliyyətini davam etdirmək təklifi alsa da, o, doğma Bakı şəhərinə qayıtmağı üstün tutmuşdur. Burada 4 saylı şəhər xəstəxanasında işləməyə başlamış və 20 il ərzində həkim-cərrahdan baş həkimin müavini vəzifəsinədək yüksəlmişdir.

Daha sonra o, Respublika Talassemiya Mərkəzinə rəhbərlik etmişdir. Bu mərkəzdə aparıcı istiqamət həmin xəstəliyin radikal müalicəsi – sümük iliyi transplantasiyasının həyata keçirilməsi olmuşdur. Məhz sümük iliyinin transplantasiyasının Azərbaycanda yaradılması və tətbiqi Rauf Rzayevin fəaliyyətinin əsas nailiyyəti hesab edilir.
Belə ki, məhz Rauf Rzayevinrəhbərliyi və bilavasitə iştirakı ilə ölkə səhiyyəsi tarixində ilk dəfə olaraq qohum donordan götürülmüş sümük iliyi uğurla köçürülmüşdür. Şübhəsiz ki bu mühüm əməliyyatın baş tutmasındaHeydər Əliyev Fondu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müstəsna xidməti qeyd olunmalıdır. Bu tibbi yenilik Azərbaycan təbabətindətransplantologiya sahəsində yeni mərhələnin başlanğıcını qoymuşdur.

Rauf Rzayevin fəaliyyəti beynəlxalq elmi-tibbi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmiş, o, ABŞ-da və bir sıra Avropa ölkələrində keçirilən elmi konfranslar və tibbi forumlarda Azərbaycan təbabətini - layiqincə təmsil etmişdir.
Ötən ildən etibarən Rauf RzayevAli təhsil ocağında - Avrasiya Universitetindətibbi bilik və təcrübəsinigənc nəsillə - tələbələrləpaylaşaraq pedaqoji fəaliyyətlə məşğuldur.

Doktor Rauf Rzayevə möhkəm can sağlığı, yeni nailiyyətlər və uğurlarla dolu uzun ömür arzulayırıq.
Zəhra Rahib
Xəbər 5 dəfə oxunub.