AZ

Minimum pensiya artımı qüvvəyə mindi: Məbləğ

TÜİK-in (Türkiyə Statistika İdarəsi) 3 iyul 2025-ci il tarixində açıqladığı inflyasiya göstəricilərindən sonra SSK Bağ-Kur və Pensiya Fondu təqaüdçülərinin maaş artımları rəsmiləşib.

News24.az xəbər verir ki, 16 faizlik maaş artımı tətbiq edilib. Əvvəlki dövrdə isə %15,75 artım həyata keçirilmişdi.

Bu iki artım ilə birlikdə 2025-ci ildə təqaüdçülər ümumilikdə iki mərhələli artım almış oldular. Əvvəlki minimum pensiya:12.500 TL idi, yeni minimum pensiya (artımla birlikdə) 14.469 TL müəyyənləşib.

Lakin TBMM AKP Qrup sədri Abdullah Gülər 3 iyulda keçirilən mətbuat konfransında əlavə artımın nəzərdə tutulduğunu bildirib və ən aşağı pensiya maaşının 16.881 TL-yə çatdırıldığını elan edib.

2025-ci ilin ikinci yarısında pensiyaçılar üçün rəsmi maaş artımı %16,67 əhatə edib.

Ən aşağı pensiya məbləği 16.881 TL olub. Təqaüdçülər bu artımları yanvar və iyul aylarında iki hissə ilə maaşlarında hiss edəcəklər.

Aqil

Seçilən
10
6
news24.az

10Mənbələr