ain.az, Olke.az portalına istinadən məlumat yayır.
İngiltərədə yaşayan 44 yaşlı Laura Dawson bağırsaq xərçəngi diaqnozu qoyulduqdan 15 ay sonra vəfat edib.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, iki uşaq anası olan qadın yaşadığı şişkinlik və yorğunluğu menopozla əlaqələndirərək həkimə getməyib.
Ağrıları dözülməz hal alanda təcili yardıma aparılıb və üçüncü mərhələ bağırsaq xərçəngi aşkarlanıb. Altı aylıq kimyaterapiyadan sonra xərçəng yox olmuş kimi görünsə də, bir ay sonra daha da yayılmış şəkildə geri qayıdıb.
Son aylarını müalicədən imtina edib ailəsi ilə keçirməyi seçən Dawson "Xərçəng mənə həyatın dəyərini öyrətdi" deyib. Onun hekayəsi 50 yaşdan aşağı şəxslər arasında bağırsaq xərçənginin artdığını göstərən statistikalarla üst-üstə düşür.
Mütəxəssislər erkən əlamətlərin - qəbizlik, qanlı nəcis, qarın ağrısı, arıqlama və yorğunluğun - ciddiyə alınmasını və vaxtında həkimə müraciət edilməsini tövsiyə edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.