AZ

Kreml buna görə narahatdır: “Diqqətlə izləyirik”

"Kreml ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə söhbətindən sonra  verdiyi açıqlamaları diqqətlə izləyir".

Olaylar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti söhbət zamanı təkrar edib ki, Moskva müharibədə məqsədlərinə nail olmaqda maraqlıdır:

"Biz bunu siyasi və diplomatik yollarla etməyə üstünlük veririk. Putin, həmçinin Trampla Ukrayna üzrə birbaşa danışıqlar haqda danışıb. O bildirib ki, üçüncü raundunun başlama tarixi barədə razılığın əldə olunacağını gözləyir".

Qeyd edək ki, D.Tramp bir gün əvvəl V.Putinlə telefon danışığından sonra Ukrayna ətrafındakı vəziyyətin onu qane etmədiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
8
olaylar.az

10Mənbələr