AZ

Xankəndidə Məsud Pezeşkianla Emoməli Rəhmon arasında görüş baş tutub

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın Xankəndi şəhərində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla Tacikistan Prezidenti Emoməli Rəhmon arasında görüş keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Tacikistan prezidentinin rəsmi internet saytında məlumat verilib.

Görüş İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşü çərçivəsində baş tutub.

Qeyd olunur ki, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın cari məsələləri, həmçinin sammitin gündəliyi müzakirə edilib.

Tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən, onların inkişafı və genişlənməsindən məmnunluq ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
16
oxu.az

10Mənbələr