"Real Madrid"in basketbol komandasının yeni baş məşqçisi məlum olub.
Offsideplus.az xəbər verir ki, "kral klubu" Serco Skarioloya tapşırılıb. Onunla 2028-ci ilə qədər müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu, Skariolonun "Real Madrid"də 2-ci dönəmi olacaq. O, daha öncə 1999-2002-ci illər arasında da Madrid təmsilçisini çalışdırıb.
Qeyd edək ki, 64 yaşlı mütəxəssis eyni zamanda İspaniya yığmasını da çalışdırır.