ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Hamı mənim haqqımda danışmağı sevir”.
İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avstriyada keçirilən təlim-məşq toplanışı zamanı vurduğu maraqlı qol barədə danışarkən deyib.
Komanda məşqlərində tez-tez uzaq məsafədən vurduğu qollarla gündəmə düşən Azərbaycan millisinin 31 yaşlı qolkiperi bu istedadından gülərək danışıb: “Arada belə olur. Məşqlərdə özümü sınayıram”.
Məhəmmədəliyev “qapıçı olmasaydınız, sizdən yaxşı hücumçu ola bilərdimi?” sualına belə reaksiya verib: “Artıq bunu heç vaxt bilə bilməyəcəyik (gülür - red.)”.
Ağdam klubunun təcrübəli qolkiperi Avstriyadakı hazırlıqlardan da söz açıb: "Çempionlar Liqasına hazırlaşırıq, hər şey qaydasındadır".
Qeyd edək ki, 2016-cı ildən “Qarabağ”da çıxış edən Şahruddin Məhəmmədəliyev yalnız 2023/2024 mövsümünü Türkiyənin “Adana Demirspor” klubunda keçirib.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.