AZ

Bakıda məşhur hotellərin idarəçisi borca düşüb

Bakıda yerləşən bir sıra otellərin idarəçiliyini həyata keçirən “Dev Hospitality” MMC-nin vergi borcu yaranıb.

Valyuta.az-ın məlumatına əsasən, şirkətin Dövlət Vergi Xidmətinin Bakı üzrə Lokal Gəlirlər Baş İdarəsi qarşısında 6084.83 manat həcmində vergi borcu mövcuddur.

Rəsmi sənədlərdə qeyd olunur ki, “Dev Hospitality” MMC 2023-cü ildə dövlət qeydiyyatından keçib. Hüquqi şəxs kimi şirkətə Cəfərov Valeh Sabir oğlu rəhbərlik edir. Müəssisə hazırda “Premier Palace”, “NOBEL”, “Liberta Boutique” və “Midway” hotellərinin idarəsini həyata keçirir.

Mayya Hüseynova

Seçilən
71
3
valyuta.az

4Mənbələr