AZ

Əcdadların müqəddəs torpaqları uğrunda mübarizə

Yazını böyüt
Yazını kiçilt

Havay adalarında yerli icma nümayəndələri ABŞ ordusunun Sakit okeanın ortasında yerləşən yeganə hərbi bazanı tərk etməsini tələb edirlər.

Bu barədə ABC məlumat yayıb. Bildirilib ki, ABŞ ordusu Asiya-Sakit okean regionunda artan təhlükələr fonunda, xüsusilə Çinin təzyiqləri səbəbi ilə, Havaydakı mövcudluğunu gücləndirməyi planlaşdırır. Lakin hərbi poliqonun əsas hissəsinin yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsi 2029-cu ildə başa çatır. Aborigenlər bu torpaqların və su ehtiyatlarının ABŞ hərbçiləri tərəfindən çirkləndirilməsindən narazılıq ifadə edirlər.

"Onlar təkcə torpaqlarımızı yox, həm də su mənbələrimizi çirkləndiriblər", - deyə "Ka Lahui Hawaii" qrupunun fəalı bildirib.

Hərbçilərin Havay ərazisinin təxminən 5%-nə nəzarət etməsinə və ekoloji müdafiə sahəsində gördükləri işlərə baxmayaraq, adada bir çox sakin keçmiş insidentlər səbəbi ilə ABŞ ordusuna qarşı etimadsız yanaşır.

Seçilən
5
28
hafta.az

10Mənbələr