Bakı, 4 iyul, AZƏRTAC
Nepalda dronlar Everest dağını təmiz saxlamaq uğrunda mübarizədə ekoloqların müttəfiqinə çevrilib. “Bloomberg” xəbər verir ki, son alpinizm mövsümündə Çinin DJI şirkətinin dronları təxminən 6000 metr hündürlükdə 280 kiloqramdan çox tullantının yığılmasına kömək edib. Təmizlik prosesi apreldən may ayına qədər aparılıb və bu uçuşlarla təmizlik prosesi saatlar əvəzinə bir neçə dəqiqə çəkib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ənənəvi olaraq, dünyanın ən hündür dağının yamaclarını dörd saatlıq enişdə bellərində 20 kiloqrama qədər tullantı daşıyan şerpalar – yerli sakinlər təmizləyir. Yeni texnologiya təmizlik prosesini əhəmiyyətli dərəcədə sadələşdirməyi və sürətləndirməyi vəd edir: dronlara bunun üçün cəmi altı dəqiqə lazımdır. Lakin hələlik yüksək hündürlükdə yerləşən düşərgələrdə havanın seyrəkliyi və gözlənilməz hava şəraiti pilotsuz təyyarələrin istifadəsini məhdudlaşdırır.
“Airlift”, həmçinin Nepal səlahiyyətliləri ilə əməkdaşlıq edərək Everestdə öz modellərini sınaqdan keçirir. Layihə genişləndirilə bilsə, bu, ekstremal şəraitdə tullantılardan təmizləmə prosesinə yanaşmanı dəyişə bilər. Qeyd edək ki, tullantılarla mübarizənin qeyri-adi üsullarından başqa ölkələrdə də istifadə olunur. Belə ki, Sidneydə yanvar-mart ayları ərzində həşərat sürfələri 90 ton qida tullantısının emalına kömək edib.