AZ

Azərbaycanda ölmüş şəxsin adına dəvətnamə göndərilib VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ölkəmizdə bölgələrdən birində qeyri-adi hadisə yaşanıb. Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə geniş rezonansa səbəb olub.

Avtosfer.az xəbər verir ki, yayılan kadrlarda mərhumun adına toy dəvətnaməsi yazıldığı və həmin dəvətnamənin qəbir üstünə aparıldığı görünür. Məlumata görə, mərhumun yaxınları onun adını dəvətnamə yazaraq, toy mərasiminə simvolik şəkildə dəvət ediblər.

Bu addım sosial mediada müzakirələrə səbəb olub. Bir çoxları bunu mərhuma göstərilən dərin ehtiram kimi dəyərləndirsə də, bəziləri bu davranışı emosional ifrata varma kimi qiymətləndirib.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
17
avtosfer.az

10Mənbələr