Muğlanın Bodrum rayonunda 27 metr uzunluğundakı "Sevgilim" adlı turist gəmisi yanıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 8 polşalı turist və 5 personal gəmidən təxliyə edilib. Yanan gəmi isə batıb.
Yanğının kondisionerin elektrik naqillərindən baş verdiyi bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.